Mühafizəçinin əlini bağlayıb şirkəti taladılar

muhafizecinin-elini-baglayib-sirketi-taladilar
Oxunma sayı: 679

Bakının Xətai rayonunda şirkətə basqın edilib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, naməlum şəxslər "Connect" şirkətinin Xudu Məmmədov küçəsindəki ofisinə soxularaq külli miqdarda pul aparıblar.

İlkin məlumata görə, 3 naməlum şəxs şirkətin mühafizəçisi Rufiz Axundzadənin əl-qolunu bağlayaraq ofisdən 15 000 manat aparıb.

Zərərçəkmiş basqın edən şəxslərin üzlərinin açıq olduğunu deyib. Hazırda həmin şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.