Müharibə əlillərinin təqaüdü artırıldı

muharibe-elillerinin-teqaudu-artirildi
Oxunma sayı: 660

Prezident İlham Əliyev “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, sərəncamda “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 09 sentyabr tarixli 823 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 795) 1-ci hissəsi ilə müəyyən edilmiş təqaüdünün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılması nəzərdə tutulur.

Prezident həmçinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında sərəncam imzalayıb. Bu sərəncamda. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 165 (yüz altmış beş) manat məbləğində müəyyən edilməsi, həmçinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1040; 2010-cu il, № 9, maddə 771) 1-ci hissəsində “150 (yüz əlli)” sözləri “165 (yüz altmış beş)” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.