“Müharibə istəmirik, Bakı bizi vadar edir”

muharibe-istemirik-baki-bizi-vadar-edir
Oxunma sayı: 643

O qeyd edib ki, Ermənistan müharibə istəmir, amma Bakının buna vadar edəcəyi istisna deyil.

Sarkisyanın bəyanatı Azərbaycan prezidenti İlham Əliyevin zabit Ramil Səfərovu əfv etməsindən 3 gün sonraya təsadüf edir. Şənbə günü Yerevanda buna etiraz olaraq aksiya keçirilib.

Aksiyada yüzlərlə adam iştirak edib.

Ramil Səfərov 2004-cü ildə Budapeştdə keçirilən hərbi kurs zamanı erməni zabitini qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbsə məhkum edilmişdi.

Avqustun 31-də, Azərbaycana verildikdən sonra prezident İlham Əliyev onun əfv olunması haqda sərəncam imzalayıb.

Ramil Səfərov erməni zabiti Azərbaycan xalqını təhqir etdiyinə görə öldürdüyünü deyir.

Ermənistan buna görə Macarıstanla bütün diplomatik əlaqələri dayandırıb./azadliq.org/