Bu fikirlər “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının yaydığı bəyanatdandır. Bəyanatda deyilir: “İ. Abbasovun bildirdiyinə görə Dövlət Neft Şirkətinin bir qrup qara uniformalı, xüsusi təyinatlı əməkdaşı onun atası evinə hücum edib, darvazanı sındırıb. Onun ailə üzvlərini döyərək xəsarət yetiriblər. Valideynlərindən Naimə Quliyeva kəllə- beyin travması ilə 1 saylı şəhər xəstəxanasına, Telman Abbasov isə 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Heç bir xəbərdarlıq və məhkəmə hökmü olmadan ARDNŞ- ə məxsus qoçu dəstəsinin jurnalistin evinə basqın etməsi, onun ailə üzvlərinə divan tutması, 25- 30 illik yaşayış evini uçurtması Azərbaycanda vandalizmin, dərəbəyliyin göstəricisi olmaqla böyük ehtimalla İ. Abbasovun jurnaslit və ictimai fəaliyyəti ilə də bağlı ola bilər.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı son zamanlar insanların mülkiyyət hüquqlarına kobud müdaxiləni qətiyyətlə pisləyir, bu müdaxilələrin dayandırılmasını və İdrak Abbasovun ailə üzvlərinə qarşı vəhşilik törətmiş, ARDNŞ- ə məxsus müzdlu qoçu dəstəsi haqında ciddi ölçü götürülməsini, zərəçəkənlərə dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.”