MUM-a bomba qoyulduğu xəbəri yayıldı

mum-a-bomba-qoyuldugu-xeberi-yayildi
Oxunma sayı: 1149

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən sentyabrın 19-da naməlum şəxs mobil telefondan "102" xidmətinə zəng edərək, Səbail rayonu ərazisindəki Mərkəzi Universal Mağazasının inzibati binasına bomba qoyulması barədə məlumat verib.

Məlumat daxil olan kimi, ərazidə müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb. Araşdırmalar zamanı yalan məlumatın Şamaxı rayon sakini 16 yaşlı T.V. tərəfindən verilməsi müəyyən edilib. O, saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıb.