“Münaqişənin həlli açarı Rusiyadadır”- Əli Həsənov

munaqisenin-helli-acari-rusiyadadir-eli-hesenov
Oxunma sayı: 637

Trend-in məlumatına görə, bunu Azərbaycanın baş nazirinin müavini Əli Həsənov Ombudsmanların V beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, BMT ötən il həmin ərazilərdə monitorinq keçirmək istəsə də, Ermənistan tərəfi buna icazə verməyib. Baş nazirin müavini hesab edir ki, beynəlxalq ictimaiyyət bu problemə biganəliyə son qoymalıdır.

“Beynəlxalq aləmin çoxşaxəli standartlarla yanaşması nəticəsində Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır”, - o deyib.

Əli Həsənovun sözlərinə görə, Rusiyanın da bu məsələyə mövqeyi müəyyənləşməlidir. Çünki münaqişənin həlli açarı Rusiyadadır.

“Artıq Ermənistan ərazisi Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir, bu gün Azərbaycan Rusiya üçün daha əhəmiyyətlidir”, - Həsənov deyib.