“Münaqişənin nizamlanması Cənubi Qafqazda sülhü və sabitliyi təmin edəcək” - Mövqe

munaqisenin-nizamlanmasi-cenubi-qafqazda-sulhu-ve-sabitliyi-temin-edecek-movqe-
Oxunma sayı: 655

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin həlli uzanan münaqişələr üzrə xüsusi nümayəndəsi Gedrius Çekulis deyib.
ATƏT rəsmisi bildirib ki, bütün beynəlxalq qurumlar məsələnin sülh və beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır. Münaqişənin nizamlanması Cənubi Qafqazda sülhü və sabitliyi təmin edəcək.
Cəbhə xəttində Ermənistan tərəfinin atəşkəs rejimini tez-tez pozduğunu deyən G.Çekulis, bu faktın münaqişənin həllinə mane olduğunu qeyd edib.