Müsavat Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət etdi

musavat-rusiyada-yasayan-azerbaycan-vetendaslarina-muraciet-etdi-
Oxunma sayı: 636

“Ailəsinin dolanışığını təmin etmək məqsədilə bir çox çətinliklərə sinə gərərək, Rusiyanın müxtəlif şəhərlərində yaşayıb, işləməyə məcbur olan həmvətənlər! Unutmayın ki, Rusiyada olan demokratik dəyişiklik, qanunların aliliyi, vətəndaşın dövlət tərəfindən daha güclü müdafiəsi, insan hüquqlarının yüksək səviyyədə qorunması qarantı kimi Rusiya vətəndaşlarına lazım olduğu kimi, orada yaşayan müxtəlif millətlərin nümayəndələri, Rusiyanın qonşusu olan post-sovet respublikaları, eləcə də sizlər və bizlər üçün də önəmlidir”.

Müraciətdə Rusiyada yaşayan azərbaycanlılar Rusiya müxalifətinin azad və demokratik cəmiyyət uğrunda mübarizəsinə dəstək olmağa çağırılır: “Keçirilən tədbirlərdə milli bayrağımızı qaldırmaqla Rusiya müxalifətinin tələblərinin haqlı olduğunu bildirərək, onlara dəstək verdiyinizi açıq nümayiş etdirin. “Şimal küləyi” ilə “ərəb baharı”nın qovuşacağı yerin Azərbaycan olması naminə yaşayıb-çalışdığınız ölkədə demokratiyanın bərqərar olması uğrunda mücadiləyə hazır olun”.

Fatimə Kərimli