Müsavatçılar Sülhəddin Əkbərin təşkilatına qoşuldular

musavatcilar-sulheddin-ekberin-teskilatina-qosuldular
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Şuranın yaradılması elan olunub. Daha sonra Şuranın təşkilat komitəsinin sədri, onun müavini, komitənin katibi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərləri seçilib. Sülhəddin Əkbərin rəhbərlik etdiyi Şuraya 27 Qeyri-Hökumət təşkilatının və bir neçə siyasətçinin daxil olduğu bildirilib. Şuranın yaradılmasının məqsədindən danışarkən Sülhəddin Əkbər bildirib ki, Azərbaycan demokratik respublika yolunu tutsa da bu sahədə ciddi problemlər var: “Şuranın yaradılmasının iki səbəbi var. Birincisi Azərbaycanda və onun ətrafında vəziyyətin gərginləşməsi, ikincisi isə QHT-lərin Avro-Atlantik məkana inteqrasiya istiqamətində səmərəli iş apramaması”.

Təşkilat komitəsi bəyan edib ki, Avro-Atlantik Şura maarifləndirmə yolu ilə xalqın içinə daxil olub, onlara demokratiyanın, Avropa Birliyinə inteqrasiyanın mahiyyətini və bunun onlara gətirəcəyi xeyri izah edəcəklər.

Daha sonra Şuranın üzvlərinin adları açıqlanıb. Onların arasında Müsavat Partiyasından Əlövsət Talışxanlı və politoloq Hikmət Hacızadə də var.

Şuranın gələcəkdə regionlarda da mərkəzlərinin yaradılması gözlənilir.

Fatimə Kərimli