Müsavatın qapısı mismarlandı

musavatin-qapisi-mismarlandi-
Oxunma sayı: 669

Bu barədə məlumatı “Azadlıq”a rayonda yaşayan sakinlərdən biri verib. Onun sözlərinə görə, səhər saatlarında 10-15 nəfər partiyanın yerli şöbəsinə hücum edərək, qapını mismarlayıb. Məlumatı dəqiqləşdirmək üçün rayon təşkilatının sədri Xasay Səfəroğölu ilə əlaqə saxladıq. Bizimlə söhbət edən X.Səfəroğlu məlumatı təsdiq etdi. Onun sözlərinə görə, bu gün Müsavat MNTK-nın qərarı ilə partiya sıralarından qovulmuş 3 nəfər ətrafına bir neçə nəfəri toplayaraq qərargaha hücu ediblər: “Qərargahımız Heydər Əliyev prospekti 33 ünvanında yerləşir. Partiyadan uzaqlaşan şəxslər bizi ittiham etməyə çalışırlar. Guya biz dövlətçilik əleyhinə çıxırıq. Bir sözlə əsassız ittihamlarla üstümüzə şığıyıblar. Biz bununla bağlı bəyanatda yaymışıq”.

Xasay Səfəroğlu deyir ki, partiyadan qovulmuş şəxslər Müsavatın İlham əliyevin ətrafında birləşməsi üçün təbliğat aparırdılar: “Bu bizim siyasi kursumuza ziddir. Bir neçə gün idi ayrı-ayrı ünvanlardan məlumat alırdıq ki, bizə qarşı təxribat hazırlanır. Ona görə önləyici tədbirlər görmüşdük”.

Müsahibimiz deyir ki, partiya sıralarından qovulmuş şəxslər polislərin iştirakı ilə qərargaha hücum ediblər: “Heç bir əsas olmadan qapımız qıfıllanıb. Polislər bunu görə-görə heç bir tədbir görməyiblər”.