Müsavatın qurultay günü dəqiqləşdi

musavatin-qurultay-gunu-deqiqlesdi
Oxunma sayı: 652

Qurultayda partiyaya yeni başqan seçiləcək. Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Qurucusu və ilk başqanı Məmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Arandır.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci il noyabrında Bakıda bərpa olunub. İsa Qəmbər partiya başqanı seçilib. O, 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda postunu əlində saxlayıb. 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır.
İsa Qəmbər 1957-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-89-ci illərdə Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.
Fəal siyasətə 1988-ci ildən qoşulub. Milli azadlıq hərakatının liderlərindən biridir. 1992-93-cü illərdə Milli Məclisin sədri olub.

mediaforum.az