Müsəlman alimlər işğalda olan ziyarətgahlarla bağlı qərar verdilər

muselman-alimler-isgalda-olan-ziyaretgahlarla-bagli-qerar-verdiler
Oxunma sayı: 651

“Azerimuslims.com” Fələstin mətbuatına istinadən bildirir ki, tanınmış misirli müsəlman alimlər işğal altında olan Qüds şəhərinə İsrail rejiminin icazəsi və vizası ilə girişin rejimin legitimliyi mənasına gəldiyini bildirərək, bu münasibətin işğalçı rejimə qarşı müsəlmanların müqavimət hissini öldürdüyünü ifadə ediblər.

Mövzu ilə bağlı xəbərlərdə Əzhər universitetinin rektoru Şeyx Əhməd ət-Təyyibin də eyni qənaətdə olduğu və bu səbəbdən, dəfələrlə Qüdsü ziyarət etməsi ilə bağlı dəvətləri rədd etdiyi bildirilib.

Şeyx ət-Təyyib yerli mətbuata açıqlamasında Qüds və Əqsa məscidini yalnız işğaldan azad olduqdan sonra ziyarət etməyə çağıraraq, indiki ziyarətlərin qeyri-münasib olduğunu deyib. Misirin sabiq Baş müftilərindən professor Nəsr Fərid də işğal altında olan Qüdsü ziyarət etmənin düşmənlə münasibətləri normallaşdırmaqdan başqa heç nəyi ifadə etmədiyini vurğulayıb.

Məlumat üçün bildirək ki, Beynəlxalq Müsəlman Alimlər Birliyinin sədri Şeyx Yusif əl-Qərdavi də adları qeyd edilən alimlərlə həmfikirdir.