Müsəlman əhali xristianlaşdırılır

muselman-ehali-xristianlasdirilir
Oxunma sayı: 650

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, əhalisinin hamısı müsəlman olan Acarıstanda Gürcüstan hökuməti kilsələr tikməyə başlayıb. Kilsələrə təyin edilən keşişlərin müsəlmanların dinini dəyişdirməsi üçün təbliğat aparması xəbər verilir.
Acarıstanın Skalta kəndində tikilən kilsədə ibadətlərə başlanılıb. Kilsəyə gələn müsəlman gənclər yaşadıqları yerlərin əhalisinin tarixən xristian olduğunu, osmanlılar gəldikdən sonra babalarının İslamı qəbul etdiklərini, indi yenidən xristanlığa qayıtdıqlarını deyirlər.
Gənclərin pul verilərək dinlərini dəyişdikləri fikri irəli sürülür.