Müsəlmanlar daha vətənpərvərdirlər

muselmanlar-daha-vetenperverdirler
Oxunma sayı: 687

Aparılan araşdırmalar nəticəsində krallıqda yaşayan müsəlmanların bir ingilisdən daha vətənpərvər olduğu məlum olub. Belə ki, araşdırmalar zamanı ingiltərəli müsəlmanların orta statistik ingilis vətəndaşdan daha çox “milli qürur” hissinə sahib olduğu müəyyən edilib.

Keçirilən anket sorğusunda iştirak edən ingilislərin 79%-i İngiltərə vətəndaşı olmaqdan qürur duyduqlarını bildirdikləri halda bu göstərici müsəlmanlar arasında 83% təşkil edib. Habelə, anketin nəticələrinə görə, müsəlman ingilislərin 45%-i İngiltərənin keçmişə nəzərən daha yaxşı olduğuna inanır.

Anketin nəticələrinə dair hazırlanan hesabatda müsəlman ingilislər arasındakı bu optimizm və ingilis olmaqdan dolayı qürur duymasının krallıqdakı müsəlmanların xoşbəxt olmadığına dair iddiaları təkzibedici xarakterdə olduğu qeyd edilib.

Anket sorğusunun nəticələrinə görə, Uilyam Şekspir 75% səslə İngiltərənin ən dəyərli milli xəzinəsi seçilib.

azerimuslims.com