Müsəlmanlar polisi məhkəməyə verdi

muselmanlar-polisi-mehkemeye-verdi
Oxunma sayı: 646

Buna səbəb idarənin müsəlman icmasına mənsub şəxslərin arasına casuslar yerləşdirərək onları təqib etməsi barədə iddialardır.

Qeyd edək ki, Nyu York polisinin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edərək müsəlmanların arasına girməsi və onlar haqqında məlumat əldə etməsi barədə keçən ilin avqust ayında Amerika mətbuatında xəbərlər yayılmışdı.

Xəbərin yayılmasından sonra Nyu York və Nyu Cersi müsəlmanları Nyu York polisi və bu şəhərin polis rəisi Raymond Kellinin onlara qarşı ayrı-seçkilik etdiyini iddia edərək etiraz aksiyaları keçirmişdi.

Bundan başqa müsəlman liderlər Nyu York bələdiyyəsinin sədri Maykl Blumberqin Raymond Kellini qoruduğunu iddia edərək keçən ilin dekabr ayında onun yeni il səbəbilə təşkil etdiyi tədbiqdə iştirak etməmişdi.

Xatırladaq ki, bu, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Nyu York polisinə qarşı qaldırılmış ilk məhkəmə iddiasıdır.

anspress