Müsəlmanları təhqir edən rejissordan şok açıqlama - Fraqment

muselmanlari-tehqir-eden-rejissordan-sok-aciqlama-fraqment
Oxunma sayı: 653

Hz.Məhəmmədin (s.ə.s) təhqir olunduğu, uşaqbaz və arvadbaz adam kimi qələmə verildiyi, İslamın isə "absurd və yalan yığnağı" kimi təqdim edildiyi "İslamın məsumiyyəti" (The İnnocence of Muslims) filminin rejissoru Sem Besil danışıb.

O, "The Wall Street Journal" qəzetinə müsahibə verərək deyib: "Bəli, etiraf edirəm ki, filmi qəsdən, bilərəkdən belə çəkdim. Məqsədim provokativ bir lent, kütlələri hərəkətə gətirəcək əsər hazırlamaqdı. Bu film İslama və müsəlmanlara qarşıdır. Çünki İslam bəşəriyyətin vücudundakı xərçəng yarasıdır. Müsəlmanlar isə məhv edilməsi gərəkən murdar həşəratlardır.

Filmimdə də İslamın nifrətlə yoğrulmuş din olduğunu göstərdim. Filmin çəkilişi üçün 100 nəfər israilli sponsordan 5 milyon dollar aldım. Filmimi İsrail üçün çəkmişəm", - əslən İsraildən olan Sem Besil deyib.

Besil evindən qaçıb və onun indi harada olduğu bilinmir. /milli.az/