Müsəlmanları və xristianları şok edən xəbər

muselmanlari-ve-xristianlari-sok-eden-xeber
Oxunma sayı: 674

Bu məqsədlə qurulan komissiyanın siyahısında müftilərdən ortodoksal kilsənin baş idarəsi olan Ali Senod üzvlərinə qədər bir çox yüksək çinli din xadimi var.

Komissiyanın rəsmi internet saytında təqdim olunan hesabata görə, Bolqarıstan müsəlmanlarının baş müftisi Mustafa Əliş Hacı, baş müfti Nedim Gencev, Ali İslam Şurasının üzvləri İskren Dobrucaliyev, Nasuf Nasuf, Osman İsmayılov, Rizvan Kadıov və Şefket Hacı kommunist rejimin casusları olublar.

Hesabatda Mustafa Əliş Hacının 11 dekabr 1989-cu ildə, türklərin Bolqarıstandan deportasiyası vaxtı “Andre” adı ilə xəbəralma xidmətində casusluq fəaliyyətinə başladığı, 1992-ci ildə (ölkədəki rejim dəyişikliyindən sonra) bu vəzifədən ayrıldığı bildirilib.

Xəbər Bolqarıstan müsəlmanları üzərində şok təsiri yaratsa da, baş müfti Mustafa Əliş Hacı iddialar barədə açıqlama verməyib.

Komissiyanın hesabatı xristianları da çaşdırıb. Bolqarıstan ortodoksal kilsəsinin ali idarəsi kimi tanınan və patriarx da daxil olmaqla 15 üzvdən ibarət Ali Senodun 11 üzvünün də kommunist casusu olduğu aşkarlanıb. Onlar arasında Varna metropoliti Krill, Köhnə Zagara mitropoliti Qalaktion, Veliko Tirnovo mitropoliti Qriqori, ABŞ, Kanada və Avstraliya bölgələrinə nəzarət edən mitropolit İosif var.

Qeyd edək ki, Bolqarıstan ortodoksal kilsəsi Ali Senodu və patriarx Maksim kommunist casusu olan din xadimlərinin siyahısının açıqlanmasını daha əvvəl qadağan etmiş, ictimaiyyətdən gələn təzyiqlərdən sonra bu araşdırmaya razılıq vermişdi.

anspress