Müsəlmanların acı günü - Video

muselmanlarin-aci-gunu-video
Oxunma sayı: 648

1995-ci ildə serblər BMT-nin nəzarəti altında olan bu şəhərə girmişdi. Srebrenitsa qətliamından 17 il sonra şəxsiyyətləri DNA testi ilə müəyyənləşdirilən 500-dən çox adamın cənazəsi Sarayevodan Srebrenitsa şəhərinə aparılır. Onlar bu gün keçiriləcək mərasimdən sonra dəfn olunacaq. Onların arasında yaşı 15 və 18 arasında olan 48 gəncin də olduğu bildirilir.

Hər il iyulun 11-i Bosniya Hersoqovinada Srebrenitsa qurbanlarının xatirə günü qeyd olunur. Rəsmi binalarda bayraqlar yarıya qədər endirilib.

1992-1995-ci illərdə Bosniya müharibəsində 8 minə yaxın müsəlman öldürülüb.