Mustafa Kabakçı Dağlıq Qarabağdan danışdı - Açıqlama

mustafa-kabakci-dagliq-qarabagdan-danisdi-aciqlama
Oxunma sayı: 711

“Qafqazinfo”nun məlumatına görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasından Türkiyə Böyük Millət Məclisinin deputat seçilmiş Mustafa Kabakçı “Trend”ə açıqlamasında deyib. “Türkiyə həmişə Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycanla eyni mövqeni tutacaq”.

Türkiyədə keçirilən seçkiləri şərh edərkən Kabakçı bildirib ki, bu seçkilər ölkədə demokratiyanın möhkəmləndiyini və inkişaf etdiyini sübut etdi. “Türkiyədə müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyi seçkilər keçirildi. İndi ölkə parlamentində müxtəlif millətlərin nümayəndələri iştirak edəcəklər”, - o, bildirib.

Kabakçının fikrincə, Ədalət və İnkişaf Partiyasının qələbəsinin başlıca səbəbi bu partiyanın məqsədlərinin xalqın cəhd və istəkləri ilə üst-üstə düşməsidir. “Ədalət və İnkişaf Partiyası bütün türk xalqlarının birliyinə və həmrəyliyinə can atır”, - deputat bildirib.

Kabakçının sözlərinə görə, AKP-nin başlıca məqsədi Türkiyənin gələcək inkişafına yardım edəcək yeni sivil konstitusiya yaratmaqdır.