Mütəllibovun Fəxri Xiyabandakı ölümü

mutellibovun-fexri-xiyabandaki-olumu-
Oxunma sayı: 1264

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov oğlu Azad ölən günü dirildi. 19 il Rusiyada siyasi mühacirətdə yaşayan Mütəllibov bu illər ərzində siyasətçi kimi soyusa da, bir qüvvə, güc, kimlərinsə ümid yeri kimi istiydi, ən başlıcası nostalijdə mövcud idi. Məsələn, siyasi təfəkkürdə belə bir fikir var idi ki, Ayaz Mütəllibovu ölkədən qaçaq salıblar, bu rejim ondan qorxur, o, hələ də Bakı ətrafını ətrafında saxlayır və s. Baxmayaraq ki, son vaxtlar eks prezident tamamilə gündəmdən uzaqlaşmışdı. Lakin, Ayaz Mütəllibovun oğlu dünyasını dəyişən kimi yenidən ölkə gündəminə gəldi. Obrazlı desək, cəmi bir-iki saatın içində dirildi, əvvəlki aktuallığını qaytardı. Ölkənin və az qala regionun aparıcı mediaları sabiq prezidenti manşetlərə daşıdı. Bu yerdə icazə verin, rəhbəri olduğum portal haqqında da bir cümlə ortalığa soxuşdurum ki, sabiq prezidentin ailəsində baş verən hadisəni və onun ölkəyə qayıtmasına icazə verilməsini ilk olaraq, “Qafqazinfo” yazdı. Bir sözlə, adam media vasitəsi ilə cəmi bir neçə saata qayıdıb oldu əvvəlki Ayaz Mütəllibov...

Ancaq əfsus ki, Ayaz Mütəllibovun oğlu ölən kimi cəmi bir iki saata dirilməsi onun elə 1992-ci ildə hakmiyyətə qısa müddətli ekskursiyasına bənzədi. Adam sürətlə qayıtdığı kimi, elə sürətlə də geriyə döndü, yəni dirildiyi kimi, öldü də...

İstəyirəm içimdəki bu ölüm haqqında yazmazdan qabaq bir məqama da toxunum. Doğrudur, Ayaz Mütəllibovun ölkəyə, oğlunun dəfninə buraxılması humanizmdən, şərq mədəniyyətindən, müasir dillə desək milli mentalitetdən xəbər verir və bu addımı alıqşlayan böyük təbəqə var. Lakin, bu həm də ondan xəbər verir ki, Azərbaycan Avropaya heç vaxt inteqrasiya eləyə bilməyəcək, Avropa Şurasının yox, Avropa Birliyinin üzvü olsa belə. Çünki, biz kritiq məqamlarda hər zaman əsl şərqli olduğumuzu sübut edirik. Burada iki ədəbiyyat tairxinə müraciət etməklə fikrimizi əsalandıraq.

Aleksandr Dümanın “Qafqaz səfəri”ndə səhv etmirəsmsə belə bir yer var ki, Qafqazda alqı-satqıda, ticarətdə, sövdələşmədə heç bir qanuna, qaydaya riayət olunmur. Çünki burada kişi sözü, bütün qanunlardan üstün sayılır.

İkinci misal. Azərbaycanın dünya çapında oxunmalı olan yeganə bədii əsəri “Əli və Nino”da möhtəşəm bir başlanğıc var. Qarşısına bakılı uşaqlarda Avropaya maraq oyatmaq məqsədi qoyulan professor Saninin cəhdləri uğursluğa düçar olur. “Bəzi alimlər Qafqaz dağlarının cənubundakı ərazini Asiyaya daxil edirlər, başqaları isə belə fikirdədirlər ki, bu ərazi də, xüsusi ilə mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid edilməlidir. Balalarım! Şəhərimizin qabaqcıl Avropaya, yaxud geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin mövqeyinizdən asılıdır”.

Bu yerdə şagirdlərdən biri əlini qaldırıb “bağışlayın cənab professor, biz Asiyada qalmaq istəyirik”-deyir. Sonra onun fikrini əsərin qəhrəmanı Əli də təkrar edir və fikrini belə əsaslandırır ki, onlar özlərini Asiyada daha rahat hiss edirlər.

Bu iki misal Azərbyacanın heç vaxt Avropaya aid olmayacağına o qədər möhtəşəm və dəqiq sübutdur ki, adamın coğrafiya kitablaqrını oxumağa ehtiyacı belə yoxdur.

Yəni Ayaz Mütəllibovun barəsində İnterpolla axtarış ola-ola onun ölkəyə buraxılması qanunun aliliyi prinsipinin məhv edilməsi, bu ölkəni qanunların deyil, qaydaların idarə etdiyinin sübut olunması, yuxarıda professor Saninin sualına bir daha dəqiq cavab verilməsidir. Ey qoca Şərq... Səndən qopmaq sadəcə mümkün belə deyil. Bu o zaman mümkün ola bilərdi ki, ölkədə hətta prezidentin haqqında həbs sanksiyası vermək səlahiyyətində olan baş prokuror vəzifəsinin bu cur tapdalanmasına yol verməsəydi. Axı bu prosesdə susan o baş prokuror idi ki, 2005-ci ildə elə içində mənim də təmsil olunduğum jurnalist dəstəsinə müsahibə verib demişdi ki, Ayaz Mütəllibov, Rəsul Quliyev ölkəyə qayıdan an həbs olunacaqlar. Bəs nə oldu? Nəyə görə ölkənin baş prokuroru ortalığa nümunə qoymadı? Həbs edə bilmədinsə, niyə istefa etmədin, cənab qanun qarovulçusu? Belə qanunmu qorumaq olar?.. Nə isə, əslində mən bu yazını təxminən bir neçə həftə əvvəl yazacaqdım. Ancaq həqiqət heç vaxt gec qalmır...

Mən məsələdən çox uzaqlaşmadan qayıdıram Ayaz Mütəllibovun ölümünə. Yəni dediyim kimi adam 19 il siyasi mühacirətdə qalmış, bu illər ərzində hadisələrdən uzaq tutulmuşdusa da, aktuallığını saxlamışdı. Elə bu səbəbdən də oğlunun dünyasını dəyişməsindən dərhal sonra ölkəyə gəlməsi, cəmi bir iki saatın içində siyasi proseslərin canlanması, beyinlərin işə düşməsi baş verdi. Və qeyd etdiyim kimi eks prezident dirildi.

Ancaq çox keçmədi ki, bu dirilmənin ardından əbədi yox olma, ölüm gədli. Yuxarıda dediyim kimi bu proses Mütəlllibovun 1992-ci ildə hakimiyyətə dönüşünə çox bənzəyir.
Adam yenidən gəlir, lakin tez də qayıdıb gedir. Bu mənada Mütəllibovun son gəlişi Fəxri Xiyabanda başa çatdı. O, Fəxi Xiyabanda öldü... Mən heç də o fikirdə deyiləm ki, Fəxri Xiyabana getmək, Heydər Əliyevin məzarını ziyarət etmək ölümə bərabərdir. Əsla! Bir tərəfdən Heydər Əliyevin məzarı ölkənin rəsmi protokoluna daxildir. Yəni, rəsmi ziyarət hesab olunur və bu ziyarətdə bulunmaq hər kəsə nəsib olmur. Digər tərəfdən də mən bu prosesdə Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu bir daha görürəm. Qarşısında baş əyməyən qalmadı. İmkanı çatanlar sağlığında, çatmayanlar isə məzarı başında əyildilər. Görünən budur ki, adda-budda qalanlar da gəlib əyiləcəklər...

Mənim dərdim ayrı şeydir. Söhbət 19 il mühacirətdə yaşayan, bütün məhrumiyyətlərə dözən, atası öləndə gəlməyən və bunula heç də haramazadə oğul adı daşımayan, barəsində bu illər ərzində olmazın şər-böhtanları, haqq-nahaqları döşənən və bütün bunların fonunda yaşayan, sözün bütün mənalarında mövcud olan Ayaz Mütəllibovun, bircə hərkətlə ölməsidir. Əgər Siz, yolunuzu oradan salacaqdınızsa, nədən 19 il gözləyirdiniz? Bu qədər çarpışmalar, gözləməklər nəyə lazım idi? Axı Heydər Əliyev sağlığında sizin baş əyməyinizdən daha çox zövq ala bilərdi, sayın Mütəllibov... Axı söhbət həm də təkcə sizin əyilməyinizdən getmir. Burada cəmiyyətdə əyilməzliyin, dözümün, nümunənin əyilməsindən, məhv olmasından gedir. Bu adamlar axı nəyə görə nümunə olmağı bacarmırlar? Onları niyə belə kövrək yaratdın, İlhahi?..

İslam tarixinin və dünyanın ən böyük qəhrəmanlıq nümunələrindən sayılan İmam Hüseynin şəhadətini gərək ki, hər kəs bilir. Adama 72 nəfərlə yüz minlik Yezidin qarşısına çıxmamağı, ölümünün uzaqda olmadığını deyirlər. O, isə cavabında “Mən bunu bilirəm, biz öləcəyik, lakin gələcək nəsillərin istinad etməyə bir yeri olacaq, onlar bizim qəhrəmanlığımıza söykənəcəklər”-deyir. Elə təkcə bu sözü və o hərəkətinə görədir ki, İmam Hüseyn az qala İslamın peyğəmbəri qədər nüfuz sahibidir. Min ildən artıqdır ki, milyonlarla insan hər il İmam Hüseynə görə başını divara çırpır, özünü zəncirləyir, qanını axıdır. Lider belə olar ee... Adam min il, yüz il, heç olmasa 50 il insanların düşüncəsində belə qalaree... Yoxsa bizim kimi? Artıq məsələnin bu yeri Ayaz Mütəllibova aid olmaqdan çıxıb. Yəni məsələ təkcə eks prezidentlə bağlı deyil. Biz hamımız elə Ayaz Mütəllibovuq. Mən inanıram ki, sabah Rəsul Quliyevə də hər hansı bir fürsətdə ölkəyə qayıtmaq imkanı yaransa, o, da yolunu məlum yerdən salacaq... Axı bunlar hara tələsirlər görəsən? Gec-tez bizim yolumuz onsuz da məzarlığa deyil ki?..

Niyə bizim cəmiyyətin üz tutulacaq, tapınılacaq şəxsiyyəti, istinad olunacaq qəhrəmanı olmasın? Nə isə, bu son illər nəmim cavab axtardığım ən böyük sual işarəsidir.

Hə, bir də Ayaz Mütəllibovun guya oğlunun 40 mərasimindən sonra qayıdacağı haqda xəbərlər gəzir. Zəhmət çəkib geriyə dönməsin. O, zatən əbədilik gediş edib...