“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, bəyanatda deyilir ki, 16 dekabrda Janaozendə kütləvi qarışıqlıqlarda rəsmi məlumatlarda 10 nəfər, qeyri-rəsmi informasiyalarda isə ölənlərin onlarla olduğu bildirilir. Bəyanat müllifləri bir neçə binanın yandırıldığını bildiriblər.
Müxalifətçilər sual edirlər ki, hansı situasiya polisi silahsız insanlara qarşı odlu silah tətbiq etməyə məcbur edib?
Sosial-demokratlar hakimiyyəti təcili surətdə Janaozendə informasiya blokadasını aradan qaldırmağa, bloklanmış internet saytlarının işini bərpa etməyə, respublika KİV-ində hadisə barədə dəqiq və obyektiv informasiyalar verməyə çağırır.