Müxalifət Fransa prezidentini mitinqlə qarşılayacaq

muxalifet-fransa-prezidentini-mitinqle-qarsilayacaq
Oxunma sayı: 647

ANS PRESS-in “ArmeniaToday”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın birinci prezidenti, EMK-nın lideri Levon Ter-Petrosyan İrəvandakı Azadlıq meydanında keçirdiyi mətbuat konfransında deyib.

Levon Ter-Petrosyan jurnalistlərin Fransa prezidentinin Ermənistana səfəri zamanı mitinqlərin davam etdirilib-etdirilməyəcəyi barədə sualına cavabında deyib ki, səfər zamanı mitinqlər nəinki davam etsə, hətta aksiya iştirakçılarının sayı artsa, Nikola Sarkozi buna sevinər.

Qeyd edək ki, Fransa prezidenti Nikola Sarkozinin bölgəyə səfəri oktyabrın 6-da Ermənistandan başlayacaq. O, oktyabrın 7-də Bakıya gələcək və sonra Gürcüstana yollanacaq. Səfər çərçivəsində Cənubi Qafqaz ölkələrinin dövlət başçıları ilə ikitərəfli əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Cənubi Qafqazdakı münaqişələrin nizamlanması da Fransa liderinin səfəri zamanı diqqət mərkəzində olacaq.