Müxalifət icazəsiz mitinq qərarı verdi

muxalifet-icazesiz-mitinq-qerari-verdi
Oxunma sayı: 687

İctimai Palata iyunun 19-da paytaxtda icazəsiz aksiya keçirmək barədə qərar qəbul edib. Bu barədə “Qafqazinfo”ya Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib. Onun sözlərinə görə, İctimai Palata qanuna uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinə Nərimanov kinoteatrının qarşısında mitinq keçirmək üçün xəbərdarlıq edib. Lakin qanuna zidd olaraq şəhər rəhbərliyi aksiyanın Bibiheybətdə keçirilməsini təklif edib.

İ. Qəmbər bildirib ki, İctimai Palata konstitusion hüquqlarından istifadə edərək aksiyanı keçirəcək. O mitinqin iyunun 19-da saat 17.00-da Nərimanov kinoteatrının qarşısında keçiriləcəyini bildirib.

Fatimə Kərimli