Müxalifət lideri prezidentlə görüşdü

muxalifet-lideri-prezidentle-gorusdu
Oxunma sayı: 674

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gül Kılıçdaroğlunu Çankaya köşkündə qəbul edib. Təxminən 40 dəqiqə davam edən görüşdə həbsdə olan millət vəkillərinin sərbəst buraxılması məsələsi müzakirə edilib. Kılıçdaroğlu jurnalistlərə verdiyi açıqlamada bildirib ki, prezident problemin həlli üçün çalışacağını və onun fikirlərini dəyərləndirəcəyini deyib. Gül həmçinin həbs müddətinin uzanması ilə bağlı narahat olduğunu söyləyib.

Nərgiz Ehlamqızı