Müxalifət nümayəndəsi seçkiyə buraxılmadı

muxalifet-numayendesi-seckiye-buraxilmadi
Oxunma sayı: 675

“Qafqazinfo”nun məlumatına görə, Rusiyada prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürən İrkutsk vilayətinin qubernatoru Dmitriy Mezensev və “Yabloko”nun sədri Qriqoriy Yavlinskinin imzalarının 5 fazidən artığı saxta hesab olunub. Bu barədə “RİA Novosti”yə Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Yelena Dubrovina məlumat verib.

Yelena Dubrovina qeyd edib ki, yenidən imzaların yoxlanılması həyata keçiriləcək. Əgər, qanunvericilikdə nəzərdə tutulmuş saya uyğun olaraq, imzaların 5 faizindən atığı saxta olarsa, o zaman bu namizədlər seçkilərdə iştirak edə bilməyəcəklər.

“Kommeranst” qəzeti isə hər iki namizədin qeydə alınmadığını yazıb. Qəzet rusiyalı iş adamı Mixail Proxorovun namizədliyinin qeyd alındığını xəbər verib.