Müxalifət partiyası inkişaf proqramı hazırlayır

muxalifet-partiyasi-inkisaf-proqrami-hazirlayir
Oxunma sayı: 721

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda KXCP 2- ci Qurultayının nəticələri müzakirə edilib. 24 iyun 2011- ci ildə Türklük Günündə keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının 2- ci Qurultayı haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edərək partiyanın ali toplantısını əlamətdar hadisə kimi qiymətləndirib.

Qərara alınıb ki, Qurultayda qəbul olunmuş sənədlər - bəyanat və Qətnamələrin ictimaiyyətə daha geniş şəkildə çatdırılması yönümündə fəaliyyətlər davam etdirilsin.

İclasda təşkilata məsələlərə baxılıb və Oqtay Gülalıyev KXCP İdarə Heyətinin katibi seçilib. İdarə Heyətinin iclasında ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

KXCP- nin 2- ci Qurultayına uyğun olaraq Partiyanın İnkişaf Proqramının hazırlanması qərara alınıb. Partiyanın müvafiq strukturlarının əsasnamə və reqlamentlərinin hazırlanması üçün qərar qəbul olunub və aidiyyatı şəxslərə bu barədə lazımı tapşırıqlar verilib.