Müxalifət partiyasının rəhbərliyi Brüsselə gedir

muxalifet-partiyasinin-rehberliyi-brussele-gedir
Oxunma sayı: 626

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfər müddətində AMİP rəhbərliyi Avropa Parlamentində (AP), Avropa Komissiyasında, Avropa Xalq Partiyasının (AXP) Baş ofisində bir sıra mühüm görüşlər keçirəcək. Belə ki, səfər çərçivəsində Avropa İttifaqının (AI) qonşuluq və genişləndirmə üzrə Komisarı cənab Ştefan Füle, Avropa Xalq Partiyasının vitse prezidenti, Avropa Parlamentinin üzvü xanım Korien Vortman-Kool (Niderland), Avropa Xalq Partiyasının Baş Katibi Antonio Lopez İsturiz, AXP-nin Avropa Parlamentindəki Beynəlxalq əlaqələr xidmətinin rəhbəri xanım Johanna Jareska Gomez, Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq komitəsi nümayəndə heyətinin və AVRONEST Parlament Assambleyasının üzvü cənab Tadeuz Zviefka (Polşa), Avropa Parlamentinin Xarici Əlaqələr komitəsinin izvü xanım Anna İbrisaqiç (İsveç), Avropa Parlamentinin uzvü xanım Radvile Morkunaite-Mikulenlile (Litva), Avropa Parlamentinin uzvü, AVRONEST Parlament Assambleyasının syasi komitəsinin sədri cənab Gunnar Hokmark (İsveç) və digər rəsmilərlə görüşlər planlaşdırılır.

AMİP rəhbərliyi Brüsseldə olduğu müddətdə həmçinin Avropa Komissayasının Prezidenti cənab Joze Manuel Barrozanın iştirakı ilə Avropa Xalq Partiyası (ing. EPP) tərəfindən təşkil olunacaq Avropa Günü Bayram mərasiminə qatılacaq.