Müxalifət prezidentin cavabına reaksiya verdi

muxalifet-prezidentin-cavabina-reaksiya-verdi
Oxunma sayı: 658

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.

Yığıncaqda ölkə prezidenti İ. Əliyevin Almaniyada verdiyi telemüsahibəyə və siyasi məhbuslarla əlaqədar bəyanatlar qəbul olunub. Prezidentin çıxışı ilə əlaqədar olaraq bəyanatda bildirilir ki, ölkədəki ictimai, siyasi və iqtisadi vəziyyət qətiyyən ölkə başçısının söylədiyi kimi deyil. Ümumi daxili məhsulun artımı ilə əhalinin gəlirlərinin artımı arasında kəskin fərq var. İctimai ədalətsizlik və iqtisadi azadlıq ildən-ilə kəskin surətdə pisləşir. Sosial narazılığın artım dinamikası onu deməyə əsas verir ki, nəticə etibarı ilə Azərbaycan qeyri azad və qeyri demokratik ölkələr sırasındadır. DCUMH hesab edir ki, sosial partlayışın qarşısının alınmasının yeganə yolu hərtərəfli və geniş islahatların aparılmasından keçir. Təxirə salınmadan Azərbaycanda siyasi və iqtisadi islahatlar keçirilməli, vətəndaşların sərbəst toplaşmaq hüququ təmin olunmalı, büdcədən maliyyələşən İctimai TV-də müxalif fikirli qüvvələrə efir vaxtı ayrılmalıdır.

DCUMH siyasi məhbuslarla bağlı qəbul etdiyi bəyanatda onların təcili surətdə azadlığa buraxılmasını tələb edir.