Müxalifət Şəhidlər Xiyabanında - Fotolar

muxalifet-sehidler-xiyabaninda-fotolar
Oxunma sayı: 644

Anım günü ilə əlaqədar Bakıda Şəhidlər Xiyabanı kütləvi şəkildə ziyarət olunur. İnsanlar axın-axın Xiyabana gedir, şəhidlərin xatirəsini anır, onların məzarı üstünə qərənfillər qoyur.
İctimai Palataya da ayrıca kolonla Şəhidlər Xiyabanını ziyarət edib. Mərasimə palataya daxil olan siyasi partiyaların lider və funksionerləri, ictimaiyyət nümayəndələri qatılıb. İP-in yüzlərlə üzv və tərəfdarı vaxtilə Məşədi Əzizbəyovun heykəlinin olduğu dairədə toplaşaraq, Şəhidlər Xiyabanına yollanıb.

Şəhidlərin əbədi xatirəsinə ehtiram olaraq İP adından hazırlanmış hüzn çələngi Xiyabanındakı əbədi məşəlin önünə qoyulub.