Müxalifət təmsilçisi xalqı yürüşə çağırdı

muxalifet-temsilcisi-xalqi-yuruse-cagirdi
Oxunma sayı: 665

Fevralın 14-ü Musəvinin həbsə salınmasının bir ili tamam olur. O, 2009-cu ildən İranda vüsət almış “yaşıl hərəkat”ın lideridir.

“Media forum” saytının məlumatına görə, ölkənin sürətlə uçuruma doğru sürükləndiyini bildirən Ərdəşir Əmir Ərcmənd deyib ki, İranda vəziyyət son dərəcə təhlükəlidir: “Ölkə iqtisadiyyatı son dərəcə bərbad vəziyyətdədir. Yoxsulluq gündən-günə artır. İqtisadi infrastruktur çökmək ərəfəsindədir. Ölkənin beynəlxalq aləmdəki yeri və imici sürətlə tənəzzülə uğrayıb və İran çox ciddi təhdidlərlə üz-üzə qalıb.

Sadaladığım bütün bu problemlər bizə əsas verir ki, mövcud vəziyyəti dəyişmək məqsədi ilə xalqı yenidən səhnəyə gətirməyə çalışaq. Bununla da insanlar öz müqəddəratını təyin edə, öz etiraz səslərini dinc yollarla hakimiyyətin qulağına çatdıra bilərlər. Ümid edirik ki, hakimiyyət ölkəni uçuruma aparan siyasətinə yenidən baxacaq. Əsas məsələ ölkəyə hakim kəsilmiş acınacaqlı vəziyyəti dəyişməkdir. İndiki durum son dərəcə ciddi və təhlükəlidir. Biz bunu dəyişməyə cəhd göstərməli, bu istiqamətdə hərəkət etməliyik.

Biz hakimiyyətin əlinə bəhanə verməmək üçün bu yürüşün dinc şəkildə keçirilməsini istəyirik. Belə olanda hakimiyyətin bu yürüşün qarşısını almağa əlində əsası olmayacaq. Hesab edirik ki, Misir və Tunis xalqlarının etirazına dəstək verən hakimiyyət bu haqqı öz xalqına da tanımalıdır. Biz zorakılığın tərəfdarı deyilik. Hakimiyyətdə olan cənablar başa düşməlidirlər ki, ölkənin indiki böhranlı durumdan çıxmasının yeganə yolu onların xalqın tələbinə boyun əyməsində, xalqın hüquqlarını tanımasındadır”.