Müxalifətçi qrup ələ keçirildi

muxalifetci-qrup-ele-kecirildi
Oxunma sayı: 636

Qrupun adminləri idarəçilikdən uzaqlaşdırılıb. Artıq iki gündən artıqdır ki, “Real” hərəkatının həmsədri Erkin Qədirlinin adından açılmış saxta profil vasitəsilə müxalifət partiyalarının üzvləri, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər küçə söyüşləri ilə təhqir olunurlar.
Qrupun adminlərinin yaranmış problemi aradan qaldrımaq istiqamətində göstərdiyi səylər heç bir nəticə vermir.
Xatırladaq ki, “Xilas” qrupunun 37 mindən artıq üzvü var. Bu qrup İctimai Palata, AXCP və Müsavat ətrafındakı qüvvələri birləşdirir.