Müxalifətçidən icra başçısının müsahibəsinə - Reaksiya

muxalifetciden-icra-bascisinin-musahibesine-reaksiya
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, R Nurullayev icra başçısını fikirlərinin plagiat olmaqda ittiham edib: “Publika.az saytı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla müsahibə yayımlayıb. İcra başçısı müxalifət haqqında ağzına gələni danışıb, çox çiy cümlələr, siyasətdən kənar ifadələr işlədib. Heç yaraşmayan tərzdə. İcra başçılarının siyasətdən danışması yolverilməzdir, hansı ki, hədyanlar yağdırsın. Onun havadarları gərək ona izah etsinlər ki, bu cür hərəkət və danışıq yolverilməzdir.

Müxalifətin mitinqini dəyərləndirən başçı deyir ki, "həmin meydanın ərazisi elədir ki, hətta adamlar bir-biri ilə qucaqlaşıb dayansa belə, cəmisi 1200-1300 adam sığışar". Bu ifadə də plagiatlıqdır. O cümləni Azərbaycanın zarafatlar etməyi xoşlayan siyasətçisi Səyavuş Novruzov işlədib. Amma, o meydan 60-80 minlik meydandır. Heç ömründə ora ayağı da dəyməyib, amma...

Ümumiyyətlə, Azərbaycanda elə siyasətçilər, elə vəzifəlilər və elə insanlar var ki, onlar ağızlarını açmasalar yaxşıdır. Çünki, danışan zaman bahalı kostyumları, qalstukları, çəkmələri və maşınları ilə yaratdıqları abi-havanı məhv edirlər, yox, daha doğrusu darmadağın edirlər. Müxalifəti söymək dəb olub. Müxalifətdə elə ziyaılılar, elə savadlı və dünyagörüşlü insanlar var ki, abır və həyasına bürünüb oturub və siyasi etika dilindən kənara çıxmaq istəmir. Biz Azərbaycanın xöşbəxt gələcəyini düşünürük, müxalifət kimi vəzifəmizi düzgün icra edirik. Siz də vəzifənizi icra edin və xalqı narazı salmayın. Siyasətə də yaxşı olar ki, cənab başçı qarışmayın. Çünki, siyasətə qarışan başçıların taleyində gözlənilməz hadisələr baş verir”.


Sədan