Müxalifətçilərin məhkəməsi yekunlaşdı - Yenilənib

muxalifetcilerin-mehkemesi-yekunlasdi-yenilenib
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, AXCP sədrinin müavini Asəf Quliyev, partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, partiya fəalları Elçin Həsənov, Ağaşirin Tanrıverdioğlu və yerli QHT təmsilçisi Elçin Məmmədliyə məhkəmə qərarı ilə xəbərdarlıq edlib.
Qeyd edək ki, prosesə hakim İlyas Mahmudov sədrlik edib.
Prosesdə şahid qismində 2 polis, 1 mülki şəxs dindirilib.
Şahidlər iddia ediblər ki, AXCP üzvləri maşın yolunu bağlayıblar və hərəkətə mane olublar.
Prosesi izləmək üçün ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Bricet Bushet və Britaniya səfirliyinin nümayəndəsi də məhkəmə prosesində iştirak edib.
----
12.16
Sumqayıtda dünən polis tərfindən saxlanılmış AXCP üzvlərinin məhkəməsi artıq başlayb.

Qafqazinfo”nun məlumatına görə, dünən AXCP Sumqayıt və Qubadlı rayon şöbələrinin Ümid Partiyasının qərargahında nəzərdə tutulmuş müşavirəsi zamanı polis cəbhəçiləri zorla bayıra çırxarıb. Buna etiraz edən partiya üzvləri döyülüb.

Xatırladaq ki, polislər AXCP üzvlərini 5 nəfəri həbs edərək 4-cü polis bölməsinə aparıblar. Həbs edilənlər partiya sədrinin müavini Asəf Quliyev, gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı və fəallar Elçin Həsənov, Elçin Məmmədli və Ağaşirin Tanrıverdioğludur.


Qeyd edək ki, polis bölməsində AXCP üzvlərindən bu gün bölməyə gələcəkləri ilə bağlı iltizam aldıqdan sonra sərbəst buraxılıblar.