Müxalifətçini döyənlə bağlı cinayət işi başladı - DİN

muxalifetcini-doyenle-bagli-cinayet-isi-basladi-din
Oxunma sayı: 677

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, həmin bəyanatda Azərbaycan Respublikasının prezident administrasiyasından, Daxili İşlər Naziri R.Usubovdan və Baş Prokuror Z.Qaralovdan cinayətkarın cəzalandırılması üçün baş vermiş cinayət hadisəsinə təcili müdaxilə etmələri tələb edilmişdi.

Partiyanın mətbuat xidmətinə 12 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Habil Əlişanovun imzası ilə cavab məktubu daxil olub. Cavab məktubunda Əli Abdullayevin Nicat Qabil oğlu Allahverdiyev tərəfindən döyülməsi ilə əlaqədar 10 noyabr 2011-ci ildə Gədəbəy rayon prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 127.1 maddəsi ilə cinayət işinin başlandığı və rayon polis şöbəsinin istintaq qrupunda araşdırma aparıldığı qeyd olunur. Eyni zamanda cinayət işinin istintaqını DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən nəzarətə götürdükləri haqda da məlumat verilir.

KXCP baş vermiş cinayət hadisəsi ilə bağlı verdiyi bəyanata Azərbaycan Respublikasının prezident administrasiyasından və Baş Prokurorluqdan da rəsmi cavab verilməsini gözləyir.