Müxalifətçinin oğlu öldürülüb?

muxalifetcinin-oglu-oldurulub
Oxunma sayı: 688

“Qafqazinfo”nun İran KİV-nə istinadən verdiyi xəbərə görə, rəsmi məlumatlarda Əhmədin ölümünə səbəb sui-qəsd göstərilsə də onun əllərindəki kəsiklərdən başqa bədənində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. İranın siyasi məqsədəuyğunluq üzrə şurasının katibi olan Moxsen Rezain intihar versiyasının kifayət qədər şübhəli olduğunu bildirib.

Qeyd edək ki, 2005-ci ildə İrana qayıdana qədər Əhməd Rezai Amerikada yaşayıb və İran hökumətini açıq tənqid etməyi ilə tanınıb.

Xatırladaq ki, 2009-cu ildə keçirilən prezident seçkilərindən bir neçə həftə sonra anti-hökumət nümayişlərində iştirak etdiyi üçün Moxsenin digər oğlu Əbdül Xoseyn həbs olunmuş, aldığı yaralar səbəbindən İran türmələrindən birində vəfat etmişdi.


Səidə