Müxalifətçinin şikayəti təmin edilmədi

muxalifetcinin-sikayeti-temin-edilmedi
Oxunma sayı: 647

Bu barədə “Qafqazinfo”ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda boildirilir ki, Kürün daşması nəticəsində baş vermiş fəlakətə görə hökumətin ödəməli olduğu kompensasiyalarını ala bilmədiklərinə etiraz olaraq 24.02.2011-ci ildə Sabirabad rayonun Qasımbəyli kənd sakinlərinin toplaşdıqları körpüdən keçərək dərs dediyi orta məktəbə getmək istərkən Əlisa bəy Həsənov oradakı polislər tərəfindən zorla saxlanaraq Sabirabad rayon plois şöbəsinə aparılıb. Sabirabad polis şöbəsində onu polis əməkdaşları – rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Seyran Kərəm oğlu Mehbalıyev, sahə rəisi Sərhəd Əlikram Babayev və başqaları tərəfindən təhqir edilməsinə və döyülməsinə baxmayaraq, məcburi qaydada guya polislərə müqavimət göstərdiyinə dair hazır izahat sənədinə imza atmayıb. Polis şöbəsində döyülmələr nəticəsində yerə yıxılaraq hüşunu itirmiş Əlisa bəy Həsənova həkim yardımı dəvət edilməsinə və ekspertizaya imkan verilməyib. 24.02.2011-ci ildə Saatlı rayon Məhkəməsinə aparılaraq, məhkəmə sədri öz iş otağında izahatdan sonra şifahi qaydada qərarla sərbəst buraxılmış və rəsmi qərara ehtiyac olmadığını bildirilib. Əlisa bəy Həsənov Sabirabad polis şöbəsində ona qarşı edilmiş qanunsuz və zorakı hərəkətlərdən Sabirabad rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Baş prokurora və Ombudsmana rəsmi şikayət ərizələri göndərib. 06.09.2011-ci ildə Sabirabad rayon məhəkməsi Saatlı rayon məhkəməsinin 24.02.2011-ci ildə tarixli qərarını qüvvədə saxlayıb.