Müxalifətdən YAP-a dəvətnamə var

muxalifetden-yap-a-devetname-var
Oxunma sayı: 791

Bunu “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) müavini Bəybala Əbil deyib. Partiyanın iyunun 24-də keçirəcəyi Qurultaydan danışan sədr müavini vurğulayıb ki, qurultay Hüseynqulu Sarabski adına Mədəniyyət evində keçiriləcək: “Qurultayımız Elçibəyin doğum günü-Türkçülük gününə təsadüf edəcək. Ona görə də Qurultay başlamazdan öncə iştirakçılar Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət edəcək”. Saat 11-ə qədər qeydiyyatı bitirib qurultayın öz işinə başlayacağını deyən B. Əbil qurultayda partiyadan 300-ə yaxın nümayəndənin iştirak edəcəyini bildirib: “Qonaqların sırasında Azərbaycan siyasi partiyaları, QHT-ləri, ziyalıları olacaq. Xaricdən də qonaqlar dəvət etmişik, lakin vaxt dar olduğundan, hakimiyyət bizə gec yer verdiyindən onların gəlməyi sual altındadır”. YAP-dan da qonaqların dəvət olunduğunu deyən sədr müavini onların qurultayda iştirak edib-etməyəcəyinin məlum olmadığını bildirib.

Partiyaya yeni sədrin seçilməsinə münasibət bildirərkən isə o bildirib ki, Mirmahmud Mirəlioğlu yenidən namizədliyini irəli sürəcək, başqalarının namizədliyi isə qurultayın gedişində məlum olacaq: “İnanmıram başqa sədr seçilsin, amma yəqin ki, namizədlər olacaq”.

Fatimə Kərimli