Müxalifətin məktubu qəbul edilmədi

muxalifetin-mektubu-qebul-edilmedi
Oxunma sayı: 664

İctimai Palatanın Koordinasiya Şurası Fransa Senatının “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanuna etiraz, Türkiyəyə dəstək ifadə etməsi üçün yanvarın 26-da və 30-da yürüş keçirmək qərarı qəbul edib. Türkiyənin Bakıdakı səfirliyi ilə Fransa səfirliyi arasındakı məsafədə keçirilməsi nəzərdə tutulan yürüşə şərait yaradılması üçün bu gün İctimai Palatanın təmsilçiləri Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktub aparıblar. BŞİH-nin məktublar şöbəsi yanvarın 26-da yürüş keçirilməsi ilə bağlı məktubu qəbul etməyib.

İP üzvü Tofiq Yaqublunun verdiyi xəbərə görə, onlara məktubun aksiya günündən ən azı 5 gün öncə müraciət göndərilməli olduğunu əsas kimi göstəriblər. İP üzvləri məcbur olub məktubu poçtla sifarişlə göndəriblər.

musavat.com