. Ancaq Kiyevin mərkəzi meydanına doğru yürüş edən aksiya iştirakçıları milisin müqaviməti ilə qarşılaşıblar. Tərəflar arasında qarşıdurma yaranıb. Ukraynanın müxalifət liderləri isə tərəfdarlarını milis əməkdaşları ilə toqquşmalardan yayınmağa çağırıblar.
Qeyd edək ki, Kiyev məhkəməsi ötən gün şəhərin mərkəzində etiraz aksiyalarının keçirilməsini qadağan etsə də, «Batkivşina» partiyasının nümayəndələri tərəfdarlarını küçələrə çıxaracaqlarını açıqlamışdı.