Müxaliflər bir-birlərinə hücum etdilər

muxalifler-bir-birlerine-hucum-etdiler-
Oxunma sayı: 669

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Suriyada yaşanan son hadisələrdən sonra təcili iclas çağıran Ərəb Birliyinin binası qarşısında müxalifət qrupları Bəşər Əsəd rejimini təmsil etdiyini düşündükləri başqa bir qrupa hücum edib. Hücuma məruz qalan Suriya Milli Koordinasiya Şurasının sədri Həsən Əbdüləzim və yanındakılar Ərəb Birliyinin baş katibi Nəbil əl-Ərəbi ilə görüşmədən hadisə yeindən uzaqlamağa məcbur olublar.
Hücum edənlər Həsən Əbdüləzimin mətbuata açıqlama verməsinə mane olublar. Lakin Həsən Əbdüləzim və yanındakıların daha sonra gizlicə Ərəb Birliyi binasına yenidən gəlib və Nəbil əl-Ərəbi ilə görüşdükləri xəbər verilir.
Siyasi müşahidəçilər Suriyadakı müxalif qruplar arasındakı fikir ayrılıqları və ixilafların Bəşər Əsəd rejiminin ömrünü uzatdığı qənaətindədirlər. Ölkədə fərqli fikrilərə sahib ən azı beş müxalif təşkilatının olduğu bildirilir. Digər tərəfdən, Qurban Bayramı ərzində ölənlərin sayının 70-dən artıq olduğu Suriyada, dünən hərbi qüvvələrin açdığı atəş nəticəsində aralarında 2 nəfər uşaq olmaqla bərabər 20 nəfər öldürülüb.