“BMW” alanların sayı artıb

bmw-alanlarin-sayi-artib-
Oxunma sayı: 912

İctimai Birlikdən “Qafqazinfo”ya verilən məlumata görə, ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında azalma qeydə alınıb. Ay ərzində bazara təklif 33% artaraq il ərzində ən yüksək həddə çatıb. Təklifin kəskin artımına baxmayaraq qiymətlərdə nisbi dəyişiklik baş verib. İyul ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə 0.7%-ə enib və 15010 dollar təşkil edib.

Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası “Mercedes-Benz”in təklif üzrə payında iyun ayı ilə müqayisədə 36,5% artım müşahidə edilib, bu markanın ümumi portfeldə payı 31,1% təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın hamısı üzrə təklif artımı qeydə alınıb. Təklif üzrə ən çox artım (43.4%) “BMW” markalı avtomobillərdə qeydə alınıb.
İli köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək.

Nigar Məmmədli