BMW dirəyə çırpıldı - 2 yaralı + Foto

bmw-direye-cirpildi
Oxunma sayı: 645

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 “Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, hadisə Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində qeydə alınıb.

BMW markalı avtomobil dirəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil bir neçə hissəyə parçalanıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.