BMW-ni insanların üzərinə sürdü - 6 yaralı

BMW-ni insanların üzərinə sürdü
Oxunma sayı: 1347

İngiltərənin Esseks qraflığında 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Essexlive” portalı məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində xəsarət alanların hamısı gənc oğlanlardır. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü idarəetməni itirib və piyada keçidindən keçən insanların üzərinə çıxıb.

Polis ərazidə qismən hərəkəti məhdudlaşdırıb. Hazırda faktla bağlı araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi