“BMW” qadını vurub öldürdü

bmw-qadini-vurub-oldurdu
Oxunma sayı: 1021

Sabunçu rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

“Qafqazinfo”nun DİN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 22-də saat 6 radələrində  baş verib. Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Xuraman Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.