BNA-da yeni təyinat

bna-da-yeni-teyinat
Oxunma sayı: 6438

Bakı Nəqliyyat Agentliyinə yeni təyinat baş tutub.

“Qafqazinfo” xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib. R. Əliyeva özü bu barədə sosial şəbəkədə məlumat yayıb. O, bundan əvvəl BNA-nın PR şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

Qeyd edək ki, Mayis Ağayev qurumun mətbuat katibi kimi öz fəaliyyətini davam etdirəcək.

Günel Türksoy