BNA-dan hava ilə bağlı xəbərdarlıq

bna-dan-hava-ile-bagli-xeberdarliq
Oxunma sayı: 2521

Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına diqqətli və ehtiyatlı olmalarını tövsiyə edib.

“Qafqazinfo” xəbər verir ki, qurumun yaydığı xəbərdarlıqda sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir. 

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmək, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmək məsləhət bilinir. 

BNA sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.