BNA təkəri partladığına görə dayanan sürücünü cərimələdi - Foto

bna-tekeri-partladigina-gore-dayanan-surucunu-cerimeledi
Oxunma sayı: 6020

Bakı Nəqliyyat Agentliyi paytaxtda dayanma və durma, parklanma qaydalarının pozulmasına görə cərimə yazmağa başlayandan sonra bəzi şikayətlər yaranıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaş Anar Qədirov bildirib ki, idarə etdiyi maşının təkəri partladığı üçün məcburi dayansa da, BNA ona cərimə yazıb:

“Deməli, təkər cırıldı, partladı, ürəyin dayandı, özünü yaxşı hiss etmədin - maşını saxlama. Təkər yanana kimi, ya da ölənə kimi sür. Yoxsa, BNA-nın kameraları sizi cərimələyə bilər”.

Agentlik isə cavab olaraq bildirib ki, “Yol hərəkəti haqqında” qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçilarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. 

Bu halda sürücü barədə hər hansi inzibati cərimə protokolu tərtib olunmur. Bu kimi hallarda sürücülər Bakı Nəqliyyat Agentliyinə fərdi qaydada və ya [email protected] elektron ünvanına da müraciət edə bilərlər. Məsələ araşdırıla və bu barədə müvafiq qərarlar qəbul edilə bilər.