Nadanlığı təmsil edənlər

<b>Nadanlığı təmsil edənlər</b>
Oxunma sayı: 249

Qanla yaz və sən görəcəksən ki, bu qan ruhdur” kimi zoraki ideyalara müəllif olmadı. O, hǝmçinin eyni adlı ǝsǝrindǝ “Bütün uşaqlar ilk olaraq öz valideynlərindən xilas olunmalıdırlar” söylǝsǝ dǝ, Platonun “Respublika” dialoqunda “20 ilə 40 yaş arasında olan qadınlar 25 ilə 55 yaş arasında olan kişilərlə bərabər xüsusi otaqlarda həbs edilməlidirlər. Bu cinsi yaxınlıqlardan doğulan uşaqlar ata və analarının xəbəri olmadan dövlət müəssisələrində tərbiyə edilməlidirlər” kimi fikirlǝr sǝslǝndirib ailə həyatının qeyri-insani, heyvanlara xas olan bir tərzdə olmasını istǝmǝdi.
Düzdür, Marksın yaxın dostu Fredirik Engles 1890-cı ildə Konrad Smithə göndərdiyi 5, VIII tarixli məktubunda “Marksın fikirlərinə hǝyatın iqtisadi tərəfi ilə baxdığımızda bəzən heyrətedici axmaqlıqlar hasil olur” - deyə yazmışdır. Lakin Azǝrbaycan mǝtbuatında yazarlıq edǝnlǝri nǝzǝrdǝn keçirdikdə onun 1852-ci ildǝ yazdığı "Lois Bonapartın On Səkkizinci Brumeyasi" əsərində söylədiyi "Onlar (şərqlilər) özlərini təmsil edə bilmirlər, onlar mütləq təmsil olunmalıdırlar" fikri ilə razılaşmamaq olmur. Marks sanki özlərini təmsil edə bilmǝyǝnlǝr deyərkən 160 il əvvəlcədən mǝtbuatımızda at oynadanları görərək bu cümlǝni söylǝmişdir.
Mǝtbuatımızda yazarlıq edənler “Payız gülü”, “Göbǝlǝk”, “Dizenteriya” və s. bu kimi öz təfəkkürlərinə uyğun tǝxǝllüslǝr seçərək özlərini Freuda, Nitşeyǝ, Dzerjinskiyǝ,Qaltona, Nadejda Krupuskayaya və digər materialistlərə bənzədib Azərbaycan cǝmiyyǝtini aydınlığa çıxaracaqlarını düşünürlər. Tǝbii ki, mǝtbuatımızda yazarlıq edǝn bu insanlar aydınlığın yolunu bənzəmək istədikləri materialistlər kimi dinǝ hücum etməkdə görürlər. Lakin məsələ sadəcə dinə hücum etməklə bitmir. Onların cəfəng fikirləri cəmiyyət tərəfindən qəbul edilmədikdə isə cəmiyyəti kütlǝ və avam kimi qələmə verir, sanki dahi olduqları üçün başqaları tərəfindən başa düşülmədikləri görüntüsü aşılamağa çalışırlar.

Hǝmçinin tǝǝssüf hissi ilə etiraf etməliyəm ki, cəmiyyətimizin biganəliyi Nitşeyǝ, Dzerjinskiyǝ, Nadejda Krupskayaya oxşamaq istəyən bu insanlara eninə-uzununa əl-qol açmağa imkan verir. Çox yaxşi xatırlayıram, təxminən il yarım bundan əvvəl İsveçrədə minarələrə qadağa qoyulanda Azǝrbaycanda ən oxunaqlı qəzetlərin birində “Yolumuz İsveçrə yoludur” adlı köşə yazısı çap olundu. Özünü Dzerjinskiyǝ bənzətmək istəyən bir yazar, Leninin “Yolumuz İsveçrə yoludur” cümləsini təkrarlayaraq Azərbaycanda da minarələrin qadağan edilməsinə çağırışlar edirdi. Razılaşıram ki, ifadə azadlığı dövründə yaşadığımız üçün bu cür çağırışlar qəbahət deyildir. Amma “Yolumuz İsveçrə yoludur” adlı məqaləsindən sonra həmin köşə yazarı elə bir kobud səhvə yol verdi ki, düşündüm, millətçilər bu adamı “misilsiz” bir top atəşinə tutacaqlar və dindarların belə heyfini çıxacaqlar. Belə ki, Leninə heyranlığını gizlətməyən bu adam, növbəti məqaləsində Məmməd Əmin Rəsulzadənin unudulduğunu yazdı. Əfsuslar ki, nə millətçi, nə də dindar oxuculardan bir nəfər belə məqalənin şərhlǝr qismində yazara öz iradını bildirib bir-birinə əks qütblərdə olan Rəsulzadə ilə Lenini bir qəlbdə necə yerləşdirdiyini sorğulamadılar. Yazarın qarşısına isə Fələstində İsrail tanklarının qabağına quş vuran “raqatka” ilə çıxan ərəb kimi sadəcə mən bir şərh yazaraq çıxdım…

Nadejda Krupskayaya bənzəmək istəyən başqa bir yazarın da qeyri-ciddiliyi ortadadır. Qeyri-ciddilik səmimiyyətsizlikdən doğar. Qeyri-səmimilik isə küfrün qardaşıdır. Müsahibələrinin birində ən böyük arzusunun “Azərbaycanda qırmızı bir kommunist ölkəsi qurulmasının” olduğunu deyǝn bu şəxs, sonra gedib “Əli ve Nino” adına kitabxanada kitab sataraq Azərbaycan cǝmiyyǝtini aydınlığa çıxarmağa çaba göstərir. Bu hǝmin o “Əli ve Nino” ǝsǝridir ki,onun müəllifi Yusif Vəzir Çəmənzəminli qırmızı kommunistlərin Azərbaycanı işğalı nəticəsində vətənindən didərgin düşdü və bir daha doğma diyarını göre bilmədi. Axı, qırmızı kommunizmin qurulmasını arzulamaqla, kommunizmin qurbanı olan şəxsin əsərinin adına kitabxanada kitab satmaq hansı əqidəyə sığır? Yaxud dindarları “milli kimliyin” olmaması ilə ittiham edərkən, erməni qızına olan məhəbbətdən dastan yazanın mənəviyyatına nǝ deyǝsǝn?

Ən istehza doğuran yazıları isə Dizenteriya tǝxǝllüslü yazar qǝlǝmǝ alır. Aylardır bu adam YAP rejimini vǝtǝndaşların sǝrbǝst toplaşmaq hüquqdan mǝhrum etdiyindən hakim partiyani ağ yuyub, qara sǝrir, lakin elǝ həmin o Azerbaycan vətəndaşlarını hicaba qoyulan qadağa ilǝ bağlı toplaşdıqları üçün onlara rişxǝnd edir, ələ salır. Zənnimcə, yazar düşünür ki, ora toplaşanlar onun hǝyat yoldaşının, bacısının, anasının soyunmasına etiraz edirdilər. Nǝ yazıq ki, yazar yanlış məlumat almışdır. Ora toplaşanlar kimsənin soyunmasına etiraz etmək üçün deyil, ǝksinǝ fitnəyə yol açmamaq üçün geyinmǝk tǝlǝbi ilə bir araya gǝlmişdilǝr.

Bu məqalədə hədəfim heç də nitşelǝrǝ, dzerjinskilǝrǝ, krupskayalara oxşamaq istəyən yazarlar deyil. Hədəfim cəfəngiyyata biganǝ qalan oxuculardır.

Homerin şerləri yunan xalqının formalaşmasına, Jon Qrinlif Vitterin (John Greenleaf Whitter) qəzəbli şerləri isə Amerikada quldarlığın ləğv edilməsinə təkan vermişdir. Həmçinin, Rocer Bakon ingilis fəlsəfəsinin və elminin bünövrəsini qoyan şəxsdir. Mən hələ Shekispiri, Danteni, Nizamini, Füzulini demirəm. Lakin bu insanların hər biri həyatın ən yüksək şǝkli olan bədən ilə ruhu, ağıl ilə qəlbi və elm ilə dini birləşdirmişdilər. Ruhǝn təmiz, fǝqǝt bədənin çirkli olması heç bir şey ifadə etmədiyi kimi ruhsuz bədən, qəlbsiz ağıl, dinsiz elm heç bir şey ifadə etməz.

Əgər bir yazar xalqın adət-ənənəsini ələ salıb, sonra da xalqın “problemi”-dən yazırsa bu bəsitlik və uydurmaçılıqdır. İnsan ilə heyvan arasında oxşarlıq bu iki canlının sadəcə bioloji tərəfidir. Əsl fərq isə onların mənəvi tərəfindədir. Freud “insan sərbəst buraxılmışdır” yazaraq insanı heyvana bənzədir. Həqiqətdə isə insan sərbəst buraxılmaz, insanın mükəlləfiyyətləri vardır. Mǝtbuatımızda Freudǝ bənzəmək istəyən bir çox yazar da özünü “sərbəst buraxaraq” Azərbaycan xalqının mədəniyyətini, dinini ələ salır, “freud” olacağını düşünür.

Geothenin “Faust” əsərində səhnəyə bir varlıq çıxır. İnsana bənzər olan bu varlıq nə insandır, nə də heyvan. Ruhsuz və soysuzlaşmış olan bu varlığın mənəviyyatdan uzaq olduğu üzündən görünür. Yazıqlar ki, Geothenin bu varlıgı günümüzdə Azərbaycan mətbuatında at oynadır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi