Nadejda Qəddafilərin seksual manyaklığı haqda şok açıqlamalar verdi - Gəlin

nadejda-qeddafilerin-seksual-manyakligi-haqda-sok-aciqlamalar-verdi-gelin
Oxunma sayı: 1128




Liviyanın hakimiyyətdən devrilmiş lideri Müəmmər Qəzzafi öldürülüb. Onun sevimli oğlu Seyf əl-Islam atasının qisasını alacağına and içib. Bu gün onun yeri məlum deyil. Bəziləri onun öldüyünü deyir, digərləri əmin edir ki, Liviyadadı və atasının yolunu davam etdirməyə hazırlaşır. Liviyadakı qanlı hadisələrə qədər “taxt-tacın varisinin” tamamilə başqa həyatı var idi. Bu barədə bir qadın - Seyf Qəzzafinin rus arvadı Nadejda (Nadya) yaxşı bilirdi. Bu gün onun etirafı artıq mətbuatdadı.

Krımdan Liviyaya

Nadejda Avropanın dəbdəbəli hotellərində yaşayır, dəyəri milyon yarım dollar olan zinət əşyaları taxır, tanınmış dizaynerlərdən geyim alır, şəxsi təyyarələrdə uçurdu. Nağıl qəfil qırıldı. Ancaq tarixçənin finalına hələ çox var idi.
- Sən 47 gün komada qalmısan, - xəstəxana palatasında ayılan Nadyanın eşitdiyi ilk söz bu olub.
Yaddaşında ən axırıncı qalan - Vyananın mərkəzi meydanındakı restorandı, əri ilə savaşır və yumruqla zərbə alır. Sonra... yadında heç nə qalmayıb.
Nadejdanın mətbuata çıxması tam təsadüfi olub. Moskvada küçədə taksi saxlamaq istəyərkən təsadüfən rastlaşdığı jurnalistə dediyi sözlər onun sonradan etiraflarla mətbuata çıxması ilə nəticələnib.
- Bilirsən, məni bir müddət əvvəl ərəb şeyxi olan ərim atıb, özü də dövlət başçısının varisidi. 12-ci mərtəbədən atıb.
“Yəqin dəlidi” - ilk ağla gələn bu ola bilərdi. Şeyxin arvadı taksi ilə niyə gəzir?
- Onun adı Seyf əl-Islam Qəzzafidi. O, Liviya dövlət başçısının oğludu...
Dəqiq dəlidi! Artıq şübhə yeri qalmayıb.
Ancaq hər halda dinləmək olar.
Jurnalistlə görüşən Nadejda birinci növbədə təkzibolunmaz faktları, Liviya pasportunu, ailə şəkillərini göstərib.
- Hətta onun soyadını da götürmüşəm. Indi mən Nadya Qəzzafiyəm.

“Onun kim olduğunu gec bildim”

Nadejda əslən Krımdandı. Artıq 14 yaşında orada yaşaya bilməyəcəyini anlayıb və yeganə çıxış yolunu ərə gedib Moskvaya köçməkdə görüb. Sevdiyi oğlanla paytaxta gedəndə 16 yaşı olub. Lakin toyu baş tutmayıb və pul qazanmaq üçün “Rasputin” adlı striptiz-barda işləməli olub.
Səhnəyə ilk çıxışı Nadejda üçün sonuncu olub. Barın daimi müştərilərindən biri onu yarım illik istifadə üçün sadəcə alıb. Yarım ildən sonra yeni tanışı yoxa çıxsa da, onun vasitəsi ilə tanıdığı adamlar köməyinə çatıb. Qısa müddətdən sonra Nadejda əri ilə tanış olur. Ancaq bu hələ Qəzzafi deyil. Şeyxlə tanışlığa altı ay qalıb. Varlı biznesmenin provinsial xanımına nə çatmaya bilərdi?
- Heç nəyə ehtiyacım yox idi, - gülür Nadejda. - Ancaq bilmirəm mənə nə oldu. Bu, əməlli-başlı dəlilik idi. Seyflə baxışlarımız toqquşanda anladım ki, gözümü ondan çəkə bilmirəm.
Seyf və Nadya 2005-ci ilin iyulun 1-də bahalı saatlar butikində tanış olublar.
- Qəzzafi Moskvaya Sobçakla Şusteroviçin baş tutmayan toyuna gəlmişdi. Əyləncə yerlərinin birində bir-iki kəlmə söhbətləşəndən sonra ona mobil nömrəmi verdim. Heç bilmirdim ki, bu adam Qəzzafi soyadını daşıyır. Mənim üçün o, hələ uzun müddət sadəcə Seyf idi, - yada salır Nadejda.
Bir müddətdən sonra qanuni əri ona Ibitsaya putyovka bağışlayır. Uçuşdan əvvəl qız yeni tanışının nömrəsinə zəng edir.
“Hər şeyi at və mənim yanıma, Vyanaya gəl...” - Qəzzafi təklifi elə rahat dedi ki, sanki söhbət sadəcə restorana dəvətdən gedir.
Ibitsanın əvəzinə Nadejda Avstriyaya uçur. Ancaq ağlına da gələ bilməzdi ki, orda yarım il qalacaq.
- Bir neçə gündən sonra isə ərim mənə zəng elədi. “Sən heç bilirsən kimə qoşulmusan? O, Qəzzafinin oğludu!” - telefonda bağırırdı. Inanmadım. Sevdiyim adamdan pasport tələb etməli deyildim ki. Görüşdüyü şəxsin ərəb dövlətinin “varisi” olduğuna bir müddətdən sonra heç bir şübhə qalmadı.
Seyf bir həftədən sonra onu Liviyaya, atası ilə tanış etməyə aparacağını deyir: “Özəl təyyarədə hamı Seyfə baş əyir, az qala ayaqqabısını öpməyə hazır idilər”.
Tripoli hava limanında yerə enən kimi iki cavan oğlan qızın qollarına girib başına pərəncə atıb, maşına oturdublar. Baş örtüyünü ancaq evdə aça bilib.
- Qəzzafinin malikanəsi hava limanının yaxınlığında yerləşir. Hasarlanmış ərazidə Müəmmər Qəzzafi və oğullarının yaşadığı onlarla ev var. Hər evin ərazisində də ekzotik heyvanlar. Məsələn, Seyfin evi ətrafında pələnglər, kiçik qardaşı Sədinin evində şirlər yaşayırmış. Dövlət başçısının öz evinə isə ilanlar, hörümçəklər, tovuz quşları, akvariumda piraniyalar, hovuzda isə timsah üzürdü. Deyirlər, Qəzzafi arada dostlarına timsah olan hovuzda üzməyi təklif edirmiş.
Seyfin gələcək arvadı yerləşdirildiyi evdə özünü sona qədər rahat hiss edə bilməyib.
- Mən bir dəqiqəlik də olsa tək qalmırdım. Ətrafımda hər zaman Seyfin dostları olurdu. Hər səhər yeməyə düşəndə orda ondan sox adam olurdu. Bu mənada Seyflə mübahisə etmək mənasız idi. O, ilk gündən xəbərdar etmişdi: dostları onun üçün müqəddəsdir!
Nadejda təzə evə öyrəşdiyi vaxt Seyf toya hazırlaşırdı. Rus qız müsəlmançılığı da qəbul etməli olub.
Nadejda ilə Seyfin toyu beş gün davam etsə də, orda musiqi və rəqslər olmayıb. Toy sırf müsəlman qaydaları ilə keçirilib. Toyun ilk iki gününü Seyf dostları ilə, növbəti üç günü isə Qəzzafi ailəsi ilə qeyd edib. Ölkədə içki qadağan olunsa da, bu qadağa ölkə başçısının ailəsinə aid olmayıb. Onlar əsasən konyak içirmiş. Toyda Seyfin atası qonaqların içinə çıxmayıb. Pərdə arxasında oturan Müəmmər oğlu üçün toy təbrikini əvvəlcədən yazdırıb. Mərasim zamanı isə onun audio-təbriki səsləndirilib.
Qayınatası ilə gəlinin şəxsi tanışlığı bir qədər sonra baş tutub.
- Bir dəfə biz Seyflə səhraya çıxdıq. Onun atası da tez-tez ora getməyi xoşlayırdı. Bir gün səhər duşdan yenicə çıxmışdım, Seyf əlimdən tutub məni atasının yerləşdiyi çadıra apardı. Orada mən Liviyanın başçısını gördüm. O, sakitcə əlini mənə uzatdı.

Gözəllik müsabiqəsinin qızları Seyfin evində

Oğul Qəzzafinin rus arvadı ərinin vərdişlərindən də danışır:
“Toydan sonra qalstuklu ziyalı oğlandan əsər-əlamət qalmadı. Seyf nəinki məşuqələrini arvadından gizlətmir, hətta onları evə də gətirirdi”. Ilk günlər buna etiraz etməyə çalışan Nadejda sonradan taleyi ilə barışır. Ərindən yeganə tələbi isə tez-tez həkim müayinəsindən keçməsi olub. Seyf dostları ilə birgə qızlarla əylənməyi və bütün bunları videoya çəkməyi də çox xoşlayırmış. Bəzən iş absurd həddə çatırmış. Iki il əvvəl Ukraynadakı gözəllik müsabiqəsinə sponsorluq edən Seyf sonradan bu qızların əksəriyyətini evinə gətirib.
Nadejda qayınatasının da rus qızlarının xidmətindən istifadə etdiyini deyir. Oğlundan fərqli olaraq, o, silikonlu sarışınlara üstünlük verirmiş.
Bir gün əri ilə savaşan Nadejda Krıma, anasının yanına qayıdır. Bu da müqəddəs Ramazan ayına təsadüf edib. Bu ayda atasının qorxusundan evinə yad qızları gətirə bilməyən Seyf arvadından əl çəkmir və onun tez bir zamanda Liviyaya qayıtmasına nail olur. Ukrayna ilə yaxşı əlaqəsi olan Seyf bunun üçün, hətta arvadının qardaşı oğlunu oğurlatmaqdan da çəkinmir.
Əri milyonların sahibi olsa da, Nadejdanın əlində heç vaxt nağd pul olmayıb. Nəsə almaq istəyəndə isə bunu sifariş verə bilərmiş. Evdə heç bir iş görməyən Nadejda yalnız ərinin dostlarının xahişi ilə Ukrayna borşu bişirirmiş.
Nadejda bəzən mənasız yerlərə pul xərcləyən Seyfin xidmətçilərə qəpik-quruş verdiyini deyir.
- Bizim evdə iki filippinli işləyirdi. Onlar səhər ertədən oyanır, gecə yarısına qədər işləyirdi. Bəzən isə alçaldıcı işlər görməli olurdular. Mənə isə Seyf ayaqlarını masaj etdirirdi. Bəzən bu, dörd saat davam edirdi. Xüsusilə də müsahibə verəndə, jurnalistlərin yanında bu prosedur ona zövq verirdi.

Ukraynadan qız sifarişi

Nadejdanın sözlərinə görə, ərinin verdiyi yeganə hədiyyəni bu günə kimi saxlayır. Bu, qiyməti milyon yarım olan brilyant qaşlı sırğadı.
Arvadının dediyinə görə, hədiyyə vermək məsələsində də Seyfin qəribə addımları olub.
- Bir gün onun yaxın dostu mənə dedi ki, arvadı ilə toylarının ildönümünə hədiyyə almaq istəyir. Onunla dükana getməyimi istədi. “Dükana gedək” isə “Milana uçaq” demək idi. Italiyada bahalı saat seçdim, onu necə təqdim etməyi başa saldım - saatı yanında məktubla yastığın üstünə qoysun. ...Səhər həmin saat məktubla birlikdə öz yastığımın üstündə idi.
Nadejdanın növbəti ad gününə isə əri iyirmi ukraynalı qız sifariş edib. Ona elə gəlirmiş ki, yerliləri ilə şam yeməyi Nadejdaya xoş olar.

Vyana, bir zərbə... 47 günlük koma

Bu arada ailə həyatı dağılmağa doğru gedir. Lakin qanunlara görə Nadejda boşanmaqla bağlı müraciət edə bilməzdi. “Istənilən münaqişəni isə Seyf güc yolu ilə yatırdırdı. Davalar isə əsasən Seyfin dostlarının evdəki davranışları ilə bağlı olurdu”. Belə münaqişələrin birində oğul Qəzzafi arvadını bir həftəliyə səhraya göndərir. Evə qayıdandan sonra heç kəsə heç nə deməyən Nadejda əşyalarını yığıb Moskvaya qaçır. Bir neçə gün sonra isə Liviya səfirliyindən zəng edib onun ailə münaqişəsini yoluna qoymaq üçün Vyanaya getməli olduğunu bildiriblər. Seyfin sakitləşdiyini güman edən Nadejda Vyanaya gedir və tezliklə buna da peşman olur.
Qazzafinin bütün axşam üçün tutduğu restoranda aralarında növbəti dəfə dava düşür və o, arvadını vurur. Nadejda yalnız ikinci zərbəni xatırlayır. 47 gündən sonra isə xəstaxanada ayılır. Yanında anası və jurnalistləri qovmaqla məşğul olan Liviya səfirliyinin əməkdaşı var idi. 12-ci mərtəbədən atılan qızın sağ qalmasını isə həkimlər möcüzə kimi qiymətləndirirdi. Səfirlik əməkdaşları isə jurnalistləri əmin edib ki, qız çox içib və ağaca dırmaşanda yıxılıb. Seyf isə onun xilaskarı kimi təqdim edilirdi. Bütün müalicə xərclərini ödəyən Seyf bir ay arvadı ilə əlaqə saxlamır.

Seyf tarakandan qorxurdu...

Nadejda ərinin onun yanında narkotik qəbul etmədiyini, yalnız bir az içdiyini deyir. Ancaq onun hərəkətləri həmişə qəribəlikləri ilə seçilib. Hətta ilk evlilik günlərinin birində gecə yatarkən o, az qala arvadını boğacaqmış. Səhər buna görə üzr istəsə də, belə hallar bir neçə dəfə təkrarlanıb. Bundan başqa, o, bir dəfə bıçaqla yaxın dostunun üstünə cumub, bir dəfə isə sevimli pələngini güllələyib. Uşaq vaxtı atasına sui-qəsd zamanı başından güllə yarası alan Seyfin tez-tez qıcolmaları da baş verirmiş. Dörd yaşında gözləri qarşısında adam öldürülən Seyf bundan psixoloji zərbə alıb. O vaxtdan o, qan görə bilmirmiş. Seyfin daha bir qəribəliyi isə tarakanlardan qorxması olub.
Nadejda ailə naharı zamanı qonaq otağına tarakan girdiyi səhnəni təsvir edir. Seyf o zaman qardaşı ilə birlikdə stula çıxıb qışqırırmış. Anaları isə bahalı ayaqqabısı ilə tarakanı vurmağa çalışırmış. Yeri gəlmişkən, Nadejda Qəzzafi ailəsində yalnız qayınanasının onu anladığını deyir. Ancaq eyni zamanda həmişə xəbərdar edirmiş: “Sən Liviyadan gedə bilərsən, ancaq əhəmiyyətli tədbirlərdə ərinin yanında olmalısan. Qanunlar bunu tələb edir”.

Qəzzafilər arvadlarına qarşı qəddar idi

Xəstəxanadan çıxandan sonra Nadejdanın ilk görüşü onun BBC-yə müsahibəsi zamanı olur. Komadan sonra yenidən özünə gələn Nadejda güclə danışırmış. Ancaq bununla belə müsahibədə iştirak edib. Ona əvvəlcədən nə deməli olduğu barədə təlimat verilib.
- Yadımdadı, məni xilas etdiyinə görə Seyfə minnətdarlıq etməli, onu sevdiyimi deməliydim.
Yatıb yuxuda özünü prezident görən Seyfin arvadını döyəndən sonra problemləri yaranır. Bu hərəkətinə görə atası onu bir müddət səhraya göndərir.
Qısa müddətdən sonra Nadejda yenidən ərini atıb Moskvaya qayıdır. Sonuncu görüşləri isə Moskvada olur. 2008-ci ildə ərinin yanına mehmanxanaya gələn Nadejda onun yanında qızların olduğunu görür. Lakin bundan sonra da o, əri ilə rəsmi nikahını pozmur. Razılaşmaya əsasən, bütün rəsmi tədbirlərdə Nadejda ərinin yanında olmalı idi.
Ümumiyyətlə, Qəzzafi qardaşlarının xanımları ilə pis rəftar etməsi adət halı alıbmış. Nadejdanın dediyinə görə, Qəzzafinin digər oğlu Mötəsim Billah yeddi aylıq hamilə olan arvadını döyüb və nəticədə uşaq tələf olub. Bir neçə il əvvəl isə dənizin kənarında kiçik qardaşı Sədinin hamilə nişanlısının meyiti tapılıb. Ancaq bu faktı mətbuatdan gizlətmək mümkün olub.
Nadejdanın Seyf əl-Islamdan uşağı doğulmayıb. Uçuş zamanı təyyarədə yaranan kiçik nasazlıq onun stress keçirməsinə və uşağını itirməsinə səbəb olub.
Qəzzafi qardaşları tez-tez Moskvada olub. Onları bura rus qızları cəlb edirmiş. Hətta bu ailənin daha bir üzvü rus qızla ailə qurmağa hazırlaşırmış.
Nadejdanın bu söhbəti Liviya hadisələrindən bir qədər əvvəl olub. Qəzzafinin ailəsinin sonrakı taleyi bəlli olsa da, hazırda yeri məlum olmayan Seyf əl-Islamın rus arvadının harda olması barədə də xəbər yoxdur.

“Azadlıq”