Nalbandyan: “Ermənistan bunu sübut edib”

nalbandyan-ermenistan-bunu-subut-edib
Oxunma sayı: 730

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun sözlərinə görə, Ermənistan hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və bunu işdə sübut edib: “Bu bəyanatda aydındır ki, çağırış birmənalı şəkildə kimə ünvanlanıb”.

Nalbandyan bəyan edib ki, Ermənistan Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli üzrə danışıqlar üçün təklif etdiyi əsas prinsiplərinin son variantına dəqiq cavab verib: “Əgər Azərbaycan nizama salma prosesində öz birmənalı razılığını verərsə, irəliləyişə nail olunacaq”.

Nalbandyan həmçinin Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində Rusiya prezidenti Dmitri Medvedyev, ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Nikolya Sarkozinin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Nərgiz Ehlamqızı